AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan sülh gündəliyini fəal formada həyata keçirir

  • + A
  • - A
  • Bu gün, 11:19

    Azərbaycan sülh gündəliyini fəal formada həyata keçirir


    Nizami Səfərov,
    Milli Məclisin deputatı


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etmişdir ki, “İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir”. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən strateji kursun parlaq nəticəsidir. Keçmiş SSRİ məkanında Azərbaycan yeğanə dövlətdir ki, bütün xarici müdaxilələrə, təzyiqlərə və təhdidlərə, və həmçinin beynəlxalq təşkilatların fəaliyyətsizlinə rəğmən, beynəlxalq hüququ döyüş meydanında öz gücü hesabına bərpa eməyə nail olmuşdur.
    İkinci Qarabağ müharibəsinin nəticəsi kimi Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasına əlverişli şəraitin yaranmasına baxmayaraq, kapitulyasiyaya uğrayan Ermənistan xarici qüvvələrin dəstəyinə arxalanaraq, surətlə militarizasiya planlarını həyata keçirir və silahlanır. Revanşıst meyllərini gücləndirən Ermənistan faktiki olaraq bütövlükdə bölgə üçün ən ciddi təhlükə mənbəyinə cevrilmişdir.
    Bu gün Azərbaycan sülh gündəliyini fəal formada həyata keçirir və bu prosesin müqavilə-hüquq kontekstində möhkəmlənməsi üçün ardıcıl addımlar atır. Sülh müqaviləsinin imzalanması üçün dövlətimiz beynəlxalq hüququn beş prinsipinin hüquqi baza kimi götürülməsini təklif etmişdir və bu tamamilə məntiqli addımdır. Eyni zamanda, Dövlət Başçısının qeyd etdiyi kimi, “əgər Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil. Biz müqavilə imzalanmadan yaşaya və öz siyasətimizi apara bilərik”.
    Azərbaycan Böyük Zəfər əldə edərək, bu gün işğaldan azad olunan ərazilərdə nəhəng bərpa-quruculuq işlərini aparır və bütün dünyaya öz gücünü nümayiş etdirir. Beynəlxalq münasibətlərdə ən ciddi söz sahibi olan Azərbaycan müstəqil daxili və xarici siyasətini həyata keçirir və xalqımızın milli maraqlarını bütün xarici müdaxilələr və təhdidlərdən qorumaq iqtidarındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR