AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Tramp 200 il yaşaya bilərdi" — Ağ evin şəxsi həkimi etiraf etdi

  • + A
  • - A
  • 27-02-2020, 10:23

    "Tramp 200 il yaşaya bilərdi" — Ağ evin şəxsi həkimi etiraf etdi


    Donald Trampın şəxsi həkimi ABŞ prezidentinin pəhriz sirlərini açıqlayıb.

    Keçən ay ağ evdən təqaüdə çıxan həkim Ronni Cekson Donald Trampın yeməyinə gizlincə gül kələmi əlavə etdiyini etiraf edib. Eyni zamanda o Trampın qolfdan başqa heç bir idmanla məşğul olmadığını və ''Fast food'' yeməklərinə çox düşkün olduğunu deyib. Həkimin sözlərinə görə Tramp artıq çəkili insanlar sırasına daxildir və aldığı idman alətlərindən istifadə etmir. Ronni ABŞ prezidentinin yediyi kartof pürelərini gül kələmi ilə qarışdırdığını və ağ evdə dondurma saxlamadıqlarını deyib.

    Belə ki, o Trampı sonuncu dəfə müayinə edərkən ''Tramp çox sağlam insandır. Son 20 ildə sağlam qidalansaydı bəlkə də 200 il yaşaya bilərdi. Buna genetika deyilir və bəzi insanların genetikası möhtəşəmdir'' sözlərini vurğulayıb.

    "Tramp 200 il yaşaya bilərdi" — Ağ evin şəxsi həkimi etiraf etdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR