“Hərbi əsirlərin qaytarılması üçün Azərbaycan və Ermənistanla birgə işləyirik”
“Rusiya hərbi əsirlərin qaytarılması üçün Azərbaycan və Ermənistandan olan həmkarları ilə birgə işləyir”.
AzadMedia.az Rusiya mediasına isitnadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya hərbi əsirlər probleminin həlli üçün “hamının hamıya” prinsipi əsasında mübadiləni optimal variant hesab edir:
“Biz həm azərbaycanlı, həm də erməni həmkarlarımızla, o cümlədən münaqişə zonasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə işləyirik. Bu yaxınlarda Rusiya sülhməramlı qüvvələri komandirinin vasitəçiliyi ilə 1 azərbaycanlı və 5 erməni hərbi əsirin mübadiləsi baş verdi”.