Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla görüşüb.
AzadMedia.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş Sarkisyanın siyasi qüvvələrlə müzakirələr aparmaq təşəbbüsü çərçivəsində baş tutub.
Sarkisyanla Paşinyan ölkədə gərginləşən vəziyyəti, problemləri həll etmək və siyasi böhrandan çıxmağın yollarını müzakirə ediblər. Bu kontekstdə həll yolu olaraq erkən parlament seçkilərinin keçirilməsi məsələsinə toxunulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.