Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.
Azadmedia.az xəbər verir ki, Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.
“Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.
Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.
Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :“Sputnik V”, “EpiVacCorona” və “KoviVak”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.