Dominikan Respublikasının rəhbərliyi koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejiminin müddətini 45 gün uzatmaq qərarına gəlib.
Bu barədə TASS-a xəbər verir.
Qərar aprelin 16-da qüvvəyə minir. Məhdudlaşdırıcı tədbirlər arasında nəqliyyat və mağazaların iş rejiminin qısaldılması var.
Rəsmi məlumatlara əsasən, Dominikanda koronavirusa 255 mindən çox insan yoluxub, 3 369 xəstə pandemiyanın qurbanı olub.
Ölkədə əyləncə mərkəzlərinin və idman qurğularının fəaliyyətinə qadağa qalmaqdadır. Mağazalar yalnız sosial məsafənin tələblərinə riayət etməklə müştərilərə xidmət göstərə bilərlər. Həmçinin maskaların taxılması məcburidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.