İranın Qum şəhərində kimyəvi zavodda yanğın olub.
Bu barədə Azsdmedia.az “Tasnim” agentliyinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, onun söndürülməsi üçün 100 yanğınsöndürən maşın cəlb olunub. Qeyd edilir ki, alovun yayılmasının qarşısını almaq mümkün olub.
Yanğının söndürülməsi zamanı yanğınsöndürən avtomobil zədələnib, həmçinin iki yanğınsöndürən xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
İnsidentlə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.