Vyetnamda Britaniya və Hindistan ştamlarının xüsusiyyətlərini daşıyan yeni koronavirus ştammı aşkarlanıb.
AzadMedia.az "VnExpress" nəşrinə istinadən xəbər verir ki, bu barədə Vyetnamın Səhiyyə Nazirliyi məlumat yayıb.
Vyetnamın səhiyyə naziri Nquen Than Lonqun sözlərinə görə, bir neçə xəstənin analizlərinin nəticəsində eyni anda iki koronavirus ştammının xüsusiyyətlərini daşıyan yeni növ aşkarlanıb.
Hibrid növ insana hava yolu ilə çox asanlıqla yoluxur.
Nəşrin məlumatında görə, Vyetnamda son günlər yoluxma hallarının sürətlə artmasına məhz yeni aşkarlanan hibrid növün səbəb olduğu ehtimal edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.