İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları yenidən başlayır
Avstriya paytaxtının “Koburq” sarayında Avropa İttifaqının sədrliyi altında keçirilməsi nəzərdə tutulan danışıqlarda 2015-ci ildə İranın öz nüvə proqramının dinc məqsədlər üçün istifadə edəcəyinə dair bağlanmış sazişin bərpası və 2018-ci ildə Tramp administrasiyası dövründə sazişi birtərəfli qaydada tərk edən ABŞ-ın yenidən sənədə qoşulması müzakirə ediləcək.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi isə ötən həftələrdə rəsmi Tehranla nüvə mərkəzlərinə nəzarətlə bağlı apardığı danışıqların nəticəsiz qaldığını bildirmişdi.
Yeni danışıqlar fonunda mövqelərin dəyişməzliyi, ümumiyyətlə, müzakirələrin baş tutacağını da sual altına qoyub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.