ABŞ-dan Rusiyaya — AĞIR ZƏRBƏ
Rusiyanın ABŞ-dakı diplomatik binasının üzərindən Rusiya bayrağı götürülüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, Rusiyanın ABŞ-ın San-Fransisko şəhərindəki diplomatik binası bağlanıb. Binanın üstündəki Rusiya bayrağı çıxardılıb. Nazirlik bununla bağlı ABŞ hökumətinə kəskin etiraz notası verib.
“Məsələ ilə əlaqədar bizim tərəfimizdən Amerika hökumətinə etiraz edildi. Bizim San-Fransisko şəhərindəki diplomatik binanın üzərindəki bayrağın çıxarılması beynəlxalq qanunlara ziddir. Biz bunu son dərəcə düşmənçilik addımı kimi görürük. Tələb edirik ki, Amerika hökuməti Rusiyanın simvolunu yerinə qaytarsın. Bir daha belə hadisələrin baş verməməsini tələb edirik”, - deyə etiraz notasında qeyd edilib.