Rusiyalı rejissor və prodüser Timur Bekmambetov Ukraynada baş verənləri böyük fəlakət və faciə adlandırıb.
Yerli KİV-lərdən birinə müsahibəsində rejissor hazırda İsraildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatının rəqəmsal dünyada necə əks olunduğunu təhlil edəcək "DWW1" adlı sənədli filmi çəkməyə hazırlaşdığını bildirib.
Timur yeni layihəsində Sovet qoşunlarının bu ölkəyə köçürülməsindən bəhs edən “Əfqanıstandan qaçış” adlı ilk bədii filmindən ilhamlanacaq.
O, ekran işində rəqəmsal platformalarda saxta materialların necə yayıldığını, sosial mediada qütbləşmə, zorakılıq, nifrət, dezinformasiya ilə necə mübarizə aparmaq, rəsmi məlumatlara çıxışı necə təmin etmək barədə üsulları real hekayələr əsasında təqdim edəcəklərini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.