AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Avropanın şərqində 40 min hərbçi toplayıb

  • + A
  • - A
  • 10-04-2022, 11:20

    NATO Avropanın şərqində 40 min hərbçi toplayıb


    NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır.

    Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Sunday Telegraph” qəzetinə müsahibəsində bildirib.
    Stoltenberq qeyd edib ki, Alyansın şərq cinahında artıq 40 minə yaxın hərbçi yerləşdirilib ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Alyans rəhbəri onların sayının artacağını bildirib.

    NATO-nun regionda qruplaşmasının necə olacağı ilə bağlı yekun qərarın təşkilatın bu ilin iyununda Madriddə keçiriləcək sammitində təsdiqlənməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR