"Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər.
NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.
"Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram", - Stoltenberq qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.