Finlandiya aprelin 11-də Rusiya və Belarusla poçt rabitəsini dayandırıb.
Bu barədə "Posti" dövlət şirkəti məlumat yayıb.
"2022-ci il aprelin 11-dən Posti Ümumdünya Poçt İttifaqı Finlandiya və Rusiya, eləcə də Finlandiya və Belarus arasında bütün məktubların və bağlamaların göndərilməsini dayandırır", - məlumatda deyilir.
Qeyd olunur ki, çatdırılması mümkün olmayan mallar göndərənlərə qaytarılır.
Xatırladaq ki, Finlandiya Rusiyadan dəmir yolu ilə sərnişin və yük daşımalarını qeyri-müəyyən müddətə dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.