Finlandiya və Rusiya arasında "Allegro" qatarları vasitəsilə dəmir yolu ilə sərnişin daşınması martın 28-dən dayandırılacaq.
AzadMedia.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "VR Group" operatoru məlumat yayıb.
Şirkət Rusiya Dəmir Yollarını Ukrayna münaqişəsi fonunda növbəti bildirişə qədər əməkdaşlığı dayandırması barədə xəbərdar edib. “VR Group” finlərin Rusiyadan evlərinə qayıtmasını təmin etmək məqsədilə “Allegro” qatarlarında sərnişin daşınmasını daha üç gün davam etdirəcəyini və martın 28-dən əlaqənin tam kəsiləcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.