AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI

  • + A
  • - A
  • 11-04-2022, 22:00

    BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI


    Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.

    AzadMedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

    “Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb”, - hesabatda göstərilib.

    Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

    2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.

    Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR