Rusiyanın xarici işlər naziri Ukraynada dinc sakinlərin həlak olması ilə əlaqədar olaraq öz başsağlığını verib.
Sergey Lavrov bu barədə yerli və xarici mediaya verdiyi müsahibəsində danışıb.
Onun sözlərinə görə, istənilən insan həyatı qiymətsizdir, istənilən döyüş əməliyyatları təəssüflər olsun ki, nəinki hərbçilər, eləcə də mülki vətəndaşlar arasında qurbanlara səbəb olur.
“Həlak olanların yaxınlarına, doğmalarına öz başsağlığımı ifadə edə bilərəm. Bir daha demək istəyirəm ki, mülki şəxslərin ölümünə səbəb olan heç bir fəaliyyətə haqq qazandırmıram”, - deyə Lavrov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.