Avropa Birliyi (AB) də Türkiyənin PUA-ları üçün növbəyə dayanıb.
Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, əvvəl Türkiyənin müdafiə sənayesini sərt tənqidlərlə hədəfə alan, hətta terror təşkilatına qarşı əməliyyatlarda satdıqları silahların istifadəsinə icazə verməyən ölkələr "Bayraqdar"a sahib olmaq istəyir.
Avropa Birliyinin Ankaraya silah sənayesində ortaqlıq təklif etməyə hazırlaşdığı və PUA istehsalında Türkiyənin üstün texnologiyasından yararlanmaq istədiyi iddia edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.