AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ peyvənd olunmayan vətəndaşlar üçün ölkədən çıxış qadasını ləğv edib

  • + A
  • - A
  • 14-04-2022, 08:27

    BƏƏ peyvənd olunmayan vətəndaşlar üçün ölkədən çıxış qadasını ləğv edib

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti koronavirusa qarşı peyvənd olunmayan vətəndaşların aprelin 19-dan ölkə xaricinə çıxışına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər.

    Azadmedia.az-ın məlumatına görə, bu barədə Fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Taher əl-Bureyk əl-Amiri bildirib.

    Onun sözlərinə görə, peyvənd olunmayan BƏƏ vətəndaşları üçün çıxış protokolunun yenilənməsi koronavirusa qarşı peyvənd olunmamış və ya gücləndirici peyvənd dozası almamış şəxslərin xaricə səyahətinə icazə verilməsini nəzərdə tutur.

    Bundan əlavə, BƏƏ-yə daxil olan 16 yaşınadək peyvənd olunmamış şəxslər ölkəyə gəldikdən sonra PCR testindən azad olunacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR