“Youtube” videoplatforması Rusiyanın “Rostex” korporasiyasının səhifəsini bloklayıb.
Bu barədə İnterfax agentliyi məlumat yayıb.
Korporasiya bildirib ki, bu gündən etibarən “Youtube”dakı bütün məlumatlar Rusiyanın “Rutube” platformasına köçürüləcək.
“Rostex”in “Youtube”da 45 mindən çox izləyicisi var. Korporasiya Ukrayna münaqişəsinə görə ABŞ-ın sanksiya siyahısına düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.