Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün 2027-ci ilə qədər 10-12 milyard avro ayrılmasını müzakirə edir.
Bu barədə Aİ-nin daxili sənədlərinə istinadən xəbər verir.
Bildirilir ki, Brüssel Ukraynaya silah tədarükü üçün milyardlar ayırmaq və yaxın aylarda Ukraynaya hərbi yardımı genişləndirmək istəyir.
Avropa Sülh Fondu (EFF) adlanan 5,7 milyard avroluq maliyyə ehtiyatı əhəmiyyətli dərəcədə artırıla bilər. Bundan yeni təlim missiyası ilə yanaşı, silah təchizatı da qismən maliyyələşdirilir.
2027-ci ilə qədər 10-12 milyard avro ayrılması müzakirə edilir. Lakin hələlik heç bir qərar verilməyib.
İndi EFF-dən Kiyevə hərbi dəstəyə 2,6 milyard avro xərclənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.