Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada MDB dövlət başçıları Şurasının iclası keçirilir.
İclas zamanı Qazaxıstan və Belarus Prezidentləri Kasım-Jomart Tokayevlə Aleksandr Lukaşenko arasında dialoq marağa səbəb olub.
Belə ki, Belarus Prezidenti Kasım Jomart-Tokayevdən nəyə görə hər kəsə MDB-nin İcraçı katibinin adının MDB Baş katibi olaraq dəyişdiriləcəyini açıqlamadığını soruşub.
Tokayev isə Lukaşenkonun bu iradına gülərək belə cavab verib: “Aleksandr Qriqoryeviç, indi sizin sevimli məşğuliyyətiniz sədri tənqid etməkdir?!”
Tokayevin bu cavabı zaldakıların təbəssümünə səbəb olub.
O, daha sonra yenidən Lukaşenkoya üzünü tutaraq “Bunu istəyirdiniz?” sualını ünvanlayıb. “Qafqazinfo”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.