ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq”- deyə, C.Sallivan bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.