Nyu-Yorkda 69 yaşlı kanadalı rejissor, ssenarist və aktyor Pol Haqqisonun məhkəməsi başlayıb. "Qırmızı İstilik" və "Toqquşma" filmlərinin rejissoru bir neçə zorlamalarda ittiham olunur.
Azadmedia.az “TheWrap”a istinadən xəbər verir ki, iki üç qadın rejissora qəzəblənib. İttiham tərəfinin fikrincə, Haqqis 1996-cı ildən başlayaraq onlardan sui-istifadə edib.
Xüsusilə Brest israr edir ki, rejissor onu qeyri-ənənəvi cinsi əlaqəyə girməyə məcbur edib, daha sonra “bir az içki üçün” evinə gələndə zorlayıb. Brestin ifafəsinə görə bu, 2013-cü ildə Nyu-Yorkda premyeradan sonra baş verib.
Haqqis cinsi əlaqə faktını inkar etmir, lakin qızla olan hər şeyin "qarşılıqlı razılaşma əsasında" olduğunu israr edir və onun fikrincə indiki məhkəmə prosesi uğurlu bir kinorejissordan pul qoparmaq cəhdindən başqa bir şey deyil.
Xatırladaq ki, ötən yay Haqqis İtaliyada gənc britaniyalı qadını vəhşicəsinə zorlamaqda şübhəli bilinərək həbs edilmişdi, lakin ittihamlar götürüldükdən sonra hakim 14 yaşlı aktyora qarşı zorakılıq işində Haqqisə bəraət verdi.
Tərcümə etdi:
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.