AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyanın “Türk lotereya milyonçusu Kürşat” ətrafa pul saçmağa davam edir - ŞOK

  • + A
  • - A
  • 5-12-2022, 11:45

    Almaniyanın “Türk lotereya milyonçusu Kürşat” ətrafa pul saçmağa davam edir -

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Almaniyada lotereyadan 9 milyon 900 min avro qazanan dortmundlu Kürşat Yıldırım bir ay ərzində pulunun 1,5 milyonunu xərcləyib. Berlini gəzən Kürşat Gucci, Versace kimi dəbdəbəli mağazalardan da çıxmır.

    Hara getsə “Mən lotereya milyonçusuyam” deyən Kürşat türk jurnalistlərdən isə pul istəyir.

    Almaniyanın Dortmund şəhərində yaşayan və krançı işləyən Kürşat Yıldırım lotereyadan udduğu 9 milyon 900 min avronu nə edəcəyini bilməyib.

    Almaniyanın “Bild” qəzeti ilə hər gün tirajlanan, onunla görüşmək istəyən digər jurnalistlərdən pul istəyən, ancaq davamlı olaraq pul xərcləyən 42 yaşlı Çiko ləqəbli Kürşat Yıldırımın sərvəti artıq 1,5 milyon avro əriyib.

    ATASI ÜÇÜN MERCEDES ALDI

    Berlində Bild-in naşiri Axel Springer Haus-u ziyarət edən Kürşat Yıldırım ona “Bu sürətlə getsən, pulun bir ildə bitəcək” deyən televiziya prodüserlərinə “Mən hər gün Ferrari almıram” cavabını verib. Atası üçün son model “Mercedes S” alan Kürşat Berlində də 6000 avroya isə özü üçün geyim alış-verişi edib.

    Qeyd edək ki, 2 ay əvvəl pulunu alandan sonra “Rolex” saatı, “Ferrari” və “Porsche” alan, daha sonra “Prada”, “Gucci”, “Versace” kimi dəbdəbəli mağazalardan alış-veriş edən Kürşat atası üçün aldığı “Mercedes”lə artıq 1,5 milyon pul xərcləyib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR