Xərcəng xəstəliyindən əziyyət çəkən Maya adlı azyaşlı qız dünyasını dəyişib.
Bu barədə Qadın və Uşaq Sığınacağı məlumat verib.
“Çox çalışdıq ki, onun müalicəsinə kömək edə bilək, dəstək olaq, ancaq alınmadı”.
Qeyd olunub ki, Mayanın anası çətin vəziyyətdə olduğundan ona Qadın və Uşaq Sığınacağı tərəfindən dəstək göstərilmişdi. Maya sığınacaqda bir müddət qaldıqdan sonra anası öz yanına aparıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.