Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Qarabağ məsələsini müzakirə edib.
Bu barədə "RİA Novosti" məlumat dərc edib.
O, Qarabağda vəziyyətin nizamlanmasının əsas müzakirəyə çevrildiyini bildirib: "Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı hər şeydir".
Ağarza Elçinoğlu
xxx
13:52
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.