AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna daxili işlər naziri helikopter qəzasında həlak olub

  • + A
  • - A
  • 18-01-2023, 13:04

    Ukrayna daxili işlər naziri helikopter qəzasında həlak olub

    Kiyev vilayətinin Brovarı şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində Daxili İşlər Nazirliyinin rəhbər heyəti həlak olub.
    UNİAN saytı yazır ki, bu gün səhər saatlarında Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və dövlət katibi həlak olub.
    Məlumatı Milli Polisimn başçısı İqor Klimenko təsdiq edib.
    Klimenkonun sözlərinə görə, ümumilikdə 16 nəfər ölüb, onlardan ikisi uşaqdır.
    Helikopter qəzaya uğrayaraq uşaq bağçasının yanına düşüb. Ölənlərdən 7-si yerdə olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR