Rusiya peyki Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində hava limanının dağılan uçuş-enmə zolağının görüntüsünü yayıb.
AzadMedia.az xəbər verir ki, bu barədə "Roskosmos" peyk görüntülərini yayıb. Görüntüdə hava limanının ətrafındakı geniş ərazinin su altında qaldığı müşahidə edilir. Müqayisə üçün 2021-ci ilin dekabrında çəkilmiş foto də əlavə olunub.
Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Hatay hava limanının yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.
Bundan əlavə, Roskosmos Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü də yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.