Zəlzələ günü Kahramanmaraş E Tipi Qapalı Həbsxanadan qaçan Furkan Taşkömür (27) Amasyada yaxalanıb.
Azadmedia az türk mediasına istinadla xəbər verir ki, Türkiyəni boğan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Kahramanmaraş E Tipi Qapalı Həbsxanada olan Furkan Taşkömür qaçıb. İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları, 'həyəcanlandırıcı maddə satın alma, saxlama və istifadə' günahından qəti həbs cəzası alan qaçaq üçün hərəkətə keçib və Amasyaya gəldiyi təsbit edilib. Əmisi ilə birlikdə olduğu aşkarlanan Furkan Taşkömür Asayiş Şöbə Müdirliyi qrupları tərəfindən tutularaq Amasya E Tipi Qapalı Həbsxanasına təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.