Evlərini köçürmək istəyən zəlzələ qurbanlarından yüksək maaş tələb edən nəqliyyatçılara sərt reaksiya verən Qaziantep valisi Davud Gül - "Təəssüf ki, bəzi əxlaqsızlar zəlzələ qurbanlarını istismar etmək istəyir" deyib.
Azadmedia.az xəbər verir ki, Vali Gül, sosial media hesabından verdiyi açıqlamada şəhər daxilində nəqliyyat haqlarının standart olduğunu bildirib. Zəlzələ səbəbiylə evlərini köçürmək istəyən insanların daşınma şirkətlərinin qiymətlərinin baha olmasından şikayətləndikdən sonra açıqlama verən vali Gül, paylaşımında bu açıqlamaları verib:
“Təəssüf ki, bəzi əxlaqsız insanlar zəlzələ qurbanlarını istismar etmək istəyirlər. Rayonda maksimum ev köçürmə haqqı 6 min TL-dir. Liftin qiyməti İslahiye ilə Qaziantep arasında 9 min TL, Nurdağı ilə Qaziantep arasında 8 min TL ilə məhdudlaşır. Əks halda, pullar geri alınacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.