AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə axtarış-xilasetmə əməliyyatları bu gün başa çatır

  • + A
  • - A
  • 19-02-2023, 19:30

    Türkiyədə axtarış-xilasetmə əməliyyatları bu gün başa çatır


    Türkiyənin fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları bu gün başa çatır.

    Bunu şənbə günü keçirilən brifinqdə Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsinin rəisi Yunus Sezər deyib.

    Onun məlumatına görə, Türkiyədə fevralın 6-da səhər saatlarında baş verən güclü zəlzələ nəticəsində azı 40 689 nəfər ölüb . 7,8 bal gücündə ilk zəlzələdən 9 saat sonra 7,5 bal gücündə ikinci zəlzələ baş verib. Təxminən 5700 afterşok qeydə alınıb. Zəlzələdən 11 cənub-şərq bölgəsi zərər çəkib. 430 min insan fəlakət zonasından təxliyə edilib. Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarında 80 ölkədən 11 min 400-dən çox xilasedici iştirak edib.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Türkiyə və Suriyada 26 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

    BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, Suriyanın Türkiyə ilə həmsərhəd, silahlı müxalifətin nəzarətində olan şimal-qərb bölgələrində 4400-dən çox insan həlak olub. Suriya hökuməti 1400 qurban barədə məlumat verib, beləliklə, Suriyada üsyançıların və hökumətin nəzarəti altında olan ərazilərdə ümumilikdə 5800 nəfər ölüb, Türkiyə və Suriyada isə qurbanların sayı birlikdə 46,400 nəfəri ötüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR