Episentri Süveyş bölgəsi olan Misirdə 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Misir Milli Tədqiqat Astronomiya və Geofizika İnstitutu açıqlama yayıb.
Məlumata görə, 4,1 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Can itkisi və dağıntıya səbəb olmayan zəlzələnin ölkənin bir çox bölgəsində hiss olunduğu qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.