Azadmedia.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadən xəbər verir ki, Türkiyənin mərkəzi hissəsində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələlərin episentri Əmirqazi şəhərindən 18 km şimal-şərqdə, yer səthindən 5 km dərinlikdə yerləşir. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Sakit okeanda Kamçatka yarımadasının cənubundakı sahillərdə 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 18.25-də (Moskva vaxtı ilə 9.25) Sakit okeanda baş verib.
Təbii fəlakətin mərkəzi Petropavlovsk-Kamçatskidən 170 km aralıda olub. Hazırda zəlzələ ilə bağlı digər təfərrüatlar verilmir.
Xatırladaq ki, Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayının 44 mini keçdiyi dəqiqləşdirilmişdi. Hökumətin Fövqəladə Hallar İdarəsi bildirib ki, zəlzələlərdən sonra 9136 afterşok baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.