Çərşənbə axşamı Türkiyənin mərkəzi hissəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənbəyə görə episentr 7 km dərinlikdə yerləşirdi. Zəlzələnin episentri Erciyes xizək kurortunun yerləşdiyi Kayseri şəhəri yaxınlığında yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.