AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saakaşvili zəhərlənməsindən DANIŞDI

  • + A
  • - A
  • 5-03-2023, 16:00

    Saakaşvili zəhərlənməsindən DANIŞDI


    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.

    AzadMedia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.

    Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib.

    "İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib.

    Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR