AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Buz rəqsi üzrə Olimpiya çempionunda xəstəlik aşkarlandı - bəzi əzaları amputasiya edildi

  • + A
  • - A
  • 7-03-2023, 21:59

    Buz rəqsi üzrə Olimpiya çempionunda xəstəlik aşkarlandı - bəzi əzaları amputasiya edildi

    Buz rəqsi üzrə Olimpiya çempionu Roman Kostomarov qollarında və ayaqlarında sepsisdən əziyyət çəkir. Azadmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” yazır.

    Nəşrin məlumatına görə, həkimlər infeksiyanın qarşısını ala bilmir, ona görə də amputasiya təhlükəsi var. İdmançının hələ də özünə tam gəlmədiyi yazılır. Gözünü qırpmaq və ya ağzını açmaq istəklərinə çətinliklə cavab verir, onunla tam əlaqə yoxdur.

    Fevralın 26-da məlum olub ki, Kostomarov mikroinsult keçirib, bundan sonra onu 72 saat narkotiklə yuxuya veriblər. Bir neçə gün əvvəl idmançının ön hissədə qanaxma və hematoma səbəbindən beyninin dörddə birinin zədələndiyi bildirilmişdi. Lakin sonradan həkimlər ciddi beyin ödemi olmadığını bildiriblər.

    Kostomarov yanvarın 10-da sətəlcəm və B qripi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Fiqurlu konkisürən bir neçə əzalarını amputasiya edib. “112” Telegram kanalının məlumatına görə, Kostomarov sol ayağı, eləcə də hər iki əlində bir neçə barmaq amputasiya edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR