16 yaşlı məktəbli sərxoş ananın şıltaqlığı ucbatından küçəyə atılıb, qadın qızının əşyalarını və dərsliklərini atıb, onu mənzildən qovub. Azadmedia.az xəbər verir ki, bu barədə “78.ru” məlumat yayıb.
Qonşuların dediyinə görə, qızın anası bir neçə gün sərxoş olub. Qızı ilə mübahisə zamanı o, mənzildən əşyalarını atmağa başlayıb və artıq evi olmadığını deyərək qızı girişdən itələyib.
İndi qız tibb müəssisəsindədir, həkimlər tərəfindən müayinə olunur.
Qadın əsəb böhranı keçirib: onu bu yaxınlarda işdən çıxarıblar. Polis hadisənin başvermə şəraitini araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.