Məhkəmə heyəti terrorçunun ölüm hökmü ilə bağlı yekdil qərara gələ bilmədiyi üçün Saifullo Saipov ömürlük həbs cəzasına məhkum ediləcək. Azadmedia.az bu barədə Nyu-Yorkun Cənub dairəsi üzrə prokurorluğuna istinadən xəbər verir.
Bazar ertəsi, martın 13-də məhkəmə heyəti 2017-ci ildə Nyu-Yorkda terror aktı törədən Saifullo Saipova ölüm hökmü verilməsi məsələsində razılığa gələ bilməyib. Özbəkistan vətəndaşı pikapı velosipedçilər üçün ayrılmış zolaqla idarə edərək 8 nəfəri öldürüb. Hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb. Saipov "İslam Dövləti" terror qruplaşmasının və onun ideologiyasının təsiri altında olduğunu bildirib.
Saipov ömürlük həbs cəzası alacaq. 2023-cü ilin yanvarında məhkəmə heyəti onu 28 maddə üzrə təqsirli bilib. Münsiflər heyəti təqsirləndirilən şəxsə ölüm hökmü verilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirib. Dövlət orqanlarının 50 ildən artıqdır ki, ölüm hökmlərini icra etmədiyi və Saipovun 2017-ci ildə törətdiyi terror aktının 11 sentyabr 2001-ci il hücumlarından sonra 16 il ərzində Nyu-Yorkda ilk terror aktı olduğu vurğulanır.
Saipov barəsində ölüm hökmü ömürlük həbslə əvəz olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.