Gürcüstanın baş naziri İrakli Qaribaşvili Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarını qiymətləndirməkdən yayınıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir eyni zamanda, dünyanı Üçüncü Dünya Müharibəsi gözlədiyini açıqlayıb.
"Mən sizə əsas şeyi demək istəyirəm. Bu gün dünya Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üz-üzədir. Bu qiymətləndirmə şişirdilmiş deyil, spekulyasiya deyil. Gündən-günə biz daha çox qarşıdurma, daha çox gərginlik və daha çox eskalasiya görürük. Bu şəraitdə hökumət başçısı kimi mənim və xalqımızın əsas qayğısı sülhü, sabitliyi və ölkəmizin xilasını qorumaqdır", - Qaribaşvili bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.