AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

106 il sonra “Titanic” ilə bağlı YENİ İDDİA – Aysberqə çırpılmasa da, batacaqmış...

  • + A
  • - A
  • 12-04-2018, 11:21

    106 il sonra “Titanic” ilə bağlı YENİ İDDİA – Aysberqə çırpılmasa da, batacaqmış...















    10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu York şəhərinə getmək üzərə yola çıxan "Titanic" 5 gün sonra, yəni 15 apreldə aysberqə çırpılaraq batdı. Faciədən artıq 106 il keçib. İndiyə kimi hamı nəhəng gəminin batmasına aysberqin səbəb olduğu fikrində həmfikir idi. Hətta gəmi kapitanının nəhəng aysberqi görməməsinə təəccüblə yanaşırdılar.

    "Channel 4" kanalında yayımlanan "Titanic: The New Evidence" (Titanik: Yeni sübut) adlı sənədli film üzərindən 1 əsrdən çox vaxt keçən gəmi qəzasını yenidən gündəmə gətirib. Sənədli filmin hazırlanmasında iştirak edən araştırmaçılar ilginc iddialar ortaya atıblar. Onların fikrincə, "Titanic" aysberqlə qarşılaşmasa belə, batacaqdı. Çünki gəminin batmasının əsas səbəbi aysberq yox, yanğın idi. Onlar bildiriblər ki, gəmi yola çıxandan az müddət sonra yanğın baş verib və onu söndürmək mümkün olmayıb. 3 həftədən çox davam edyanğın gəminin gövdəsinə zərər verib. Nəticədə gəmi aysberqə çırpılanda ortadan ikiyə bölünüb. Araşdırmaçıların iddialarına görə, "Titanic" aysberqə çırpıldığı anda belə həmin yanğın davam edirmiş.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR