AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Putinlə danışdı - Ukraynadakı vəziyyət müzakirə edildi

  • + A
  • - A
  • 25-03-2023, 18:00

    Ərdoğan Putinlə danışdı - Ukraynadakı vəziyyət müzakirə edildi


    Martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.

    İki ölkə liderləri Ukraynadakı durumu müzakirə ediblər.

    R.T.Ərdoğan Rusiya Prezidentinə “taxıl sazişi”nin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.

    O qeyd edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında münaqişənin tez bir zamanda danışıqlar yolu ilə başa çatmasına böyük əhəmiyyət verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR