AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanda polis konfetdən boğulan qızı xilas edib

  • + A
  • - A
  • 27-03-2023, 12:25

    Qazaxıstanda polis konfetdən boğulan qızı xilas edib

    Azadmedia.az Polisia.kz informasiya portalına istinadla xəbər verir ki, Alma-Atada rayon polisi küçədə konfetdən boğulan qızın həyatını xilas edib.

    Polis baş leytenantı Bakdaulet Mamyr növbədən sonra evə qayıdarkən kömək çığırtılarını eşidib, evlərdən birinin həyətində azyaşlı uşağı olan qadının dayandığını, qızın boğulduğunu görüb. Polis məmuru tərəddüd etmədən köməyə qaçıb, körpənin anası qızının konfet yediyini izah etdi, ağlamağa başladı.
    Polis uşağı başıaşağı qaldırıb, bir neçə dəfə arxasına vurub, konfet düşüb.
    Uşağın tibbi yardıma ehtiyacı olmayıb, qız və anası xilaskara təşəkkür edib və öz işləri ilə məşğul olublar. Alma-Ata Daxili İşlər Nazirliyinin şöbəsi rayon polis məmurunun əməlini qeyd edəcəyinə söz verib.
    Uşaqlarınızın nəfəs yoluna yad cism düşərkən özünüzü itirməyin, üzü aşağı silkələyin, kürəyinə yumruq vurun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR