Ekvadorun mərkəzi hissəsindəki Alausidə mart ayının 27-də baş verən torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb.
Bu barədə Ekvador prezienti Gilermo Lasso "Twitter"də açıqlayıb. O, fəlakət zonasına baş çəkib.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 23 nəfər yaralanıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.