"Rusiya hərbçiləri Donbası azad etməkdə davam edir".
Bunu aprelin 4-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, hücumlar Baxmut və Avdiivka ərazilərində, Liman və Kupyansk istiqamətlərində davam edir.
Şoyqu qeyd edib ki, Rusiya qüvvələri Ukrayna hərbi obyektlərinə dəqiq zərbələr endirir. Nəticədə bir sıra silahların istehsalı, eləcə də USQ qruplarının döyüş sursatı və yanacaq təminat dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.