İstanbulun mərkəzində səhər saatlarında çökməyə başlayan bina tam çöküb. Azadmedia.az REN TV-yə istinadla xəbər verir ki, Karaköy Kəməraltı küçəsində yerləşən, köçürülən beşmərtəbəli bina yerli vaxtla saat 14:50-də uçub.
Məlum olub ki, binada abadlıq işləri aparılıb. Uçulmaq təhlükəsi ilə əlaqədar hadisənin baş verdiyi küçə elə səhər saatlarından qismən bağlanıb, o cümlədən səlahiyyətlilər ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.