AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində quş qripindən ilk ölüm qeydə alınıb

  • + A
  • - A
  • 11-04-2023, 23:29

    Çində quş qripindən ilk ölüm qeydə alınıb


    Ümumdünya Səhiyyə Təşkilatı Çin sakininin “quş qripi” H3N8 ştamından ölümünü qeydə alıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

    Qeyd olunur ki, bu, bəşəriyyət tarixində qripin bu ştamından bir nəfərin ölümü ilə bağlı qeydə alınan ilk hadisədir. H3N8 ilk dəfə 2022-ci ildə kəşf edilib. Ölən qadın Çinin cənub-şərqindəki Quandun əyalətinin 56 yaşlı sakinidir. ÜST-ün məlumatına görə, o, fevralın 22-də xəstələnib, martın 3-də ağır pnevmoniya ilə xəstəxanaya yerləşdirilib və martın 16-da dünyasını dəyişib.

    “Xəstənin bir çox əlavə xəstəlikləri var idi. İnfeksiyadan əvvəl o, diri ev quşları, eləcə də küçədəki çöl quşları ilə təmasda olub”, - deyə təşkilat bildirib.
    Bundan əvvəl Xerson vilayətinin həkimləri quş qripi şübhəsi ilə 8 nəfəri xəstəxanaya yerləşdiriblər. Bütün xəstələrdə temperatur 38-40 dərəcəyə qədər yüksəlir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR