AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin ilk müşahidə peyki orbitə buraxıldı

  • + A
  • - A
  • 15-04-2023, 14:00

    Türkiyənin ilk müşahidə peyki orbitə buraxıldı

    Türkiyənin ilk müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb.

    Bu barədə TRT telekanalı məlumat yayıb.

    Buna qədər bir neçə dəfə təxirə salınmış raket buraxılışı “SpaceX” tərəfindən cümə günü yerli vaxtla saat 23:47-də həyata keçirilib.

    Türkiyənin müdafiə naziri Hulusi Akar daha əvvəl TRT-də çıxışı zamanı peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.

    İMECE Yerin müşahidə peykidir. O, 680 km yüksəklikdə günəşlə sinxron orbitə buraxılmalıdır. Qurğu yüksək ayırdetmə qabiliyyətinə malik təsvirləri qəbul edib ötürə biləcək ki, bundan da xüsusilə aqrar sektorda problemlərin həlli, eləcə də təbii fəlakətlərlə mübarizə və iqlim proseslərinin monitorinqində istifadə oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR