Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi "Twitter" hesabında paylaşım edib.
Bildirilib ki, toqquşmalarda 595 nəfər yaralanıb.
Təkcə Xartumda 25 nəfər həlak olub, 302 insan yaralanıb. Ölənlər arasında həm mülki şəxslər, həm də hərbçilər var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.