Daily Mail xəbər verir ki, Çikaqoya uçan Aer Lingus təyyarəsi uçuşdan bir neçə dəqiqə sonra mühərrikinə quş sürüsü girdikdən sonra Dublin hava limanına qayıdıb.
Pilotun sözlərinə görə, göyərçinlər təyyarənin mühərrikinə daxil olub və salondakı sərnişinlər güclü vibrasiya hiss ediblər. Enişdən sonra mühəndislər təyyarəyə baxış keçiriblər. Sərnişinlər daha sonra başqa laynerlə reysə yönləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.